Jurnalistlər üçün “Online Media 2014” təlimləri başladı

Bu gün Multimedia Mərkəzi tərəfindən AMEA İnformasiya Texnologiyaları İnstitutunda jurnalistlər üçün “Onlayn Media 2014” Təlimləri başlayıb. Təlimlərin əsas məqsədi İKT-nin müxtəlif sahələrdə tətbiqindən, ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan yazan jurnalistlərin hazırlığına köməklik göstərməkdir. Təlimlərin açılış mərasimində çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, artıq yeddi il davamlı olaraq keçirilən layihə ölkədə İnformasiya texnologiyalarından effektin istifadəni stimullaşdırmağı, elektron hökumət quruculuğunu sürətləndirməyi, onlayn medianın inkişafına nail olmaqla İnformasiya Cəmiyyətinin üstünlüklərini daha geniş miqyasda genişlənməyi nəzərdə tutur. Tədbirdə çıxış edən RYTN İnformasiya Cəmiyyətinin inkişafı şöbəsinin əməkdaşı Kamal Məmmədov, AMEA İTİ-nin Tədrsi Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmisi Ulduzə Xəlilova ölkədə İKT-nin, elektron hökumət quruculuğunun inkişafı istiqamətində xeyli işlərin görüldüyünü və bu istiqamətdə işlərin daha da sürətlənməsi üçün, İKT-dən yazan jurnalistləri şəbəkəsinin formalaşmasının və adı çəkilən Layihənin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Təlimin birinci günü RYTN Elektron Hökumət Portalı Operatorunun məsul nümayəndələri Qədir Qədir Rəhimov və Ruhəngiz Mehmanqızı Elektron hökumət Portalı haqqında və ölkədə Elektron hökumət quruculuğu sahəsində görülən işlər, mövcud durum və icrası nəzərdə tutulan layihələr haqqında ətraflı məlumat verib. İlk günün ikinci təlimi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmisi Ulduzə Xəlilova tərəfindən “Elektron xidmətlərin təşkili və təqdim edilməsi” mövzusunda olub. Təlimlər iştirakçıların sual –cavabları, diskussiya şəraitində davam etdirilib.

Təlimin fotolarına aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz: https://www.facebook.com/media/set/?set=a.867003726673093.1073741834.445789375461199&type=1 Qeyd edək ki, bir həftə müddətində davam edəcək təlimləri İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər və ekspertlər aparacaq. Təlimlərdə müxtəlif media orqanlarında çalışan jurnalistlər, ali məktəblərdə Jurnalist ixtisası üzrə təhsil alan tələbələr – gənc Jurnalistlər iştirak edirlər . Təlimləri uğurla başa vuranlara sonda sertifikatlar veriləcək. Onlayn Media 2014 Layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Nar Mobile və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir. Layihə haqqında daha geniş məlumatı : www.telim.org Multimedia Mərkəzi AZ1001, Bakı, M. Əfəndiyev k. 5. Tel. 012 492 44 44 www.telim.org multimedia@cit.az