“Ən yaxşı xalq jurnalisti” adı qazanmaq istəyənlər üçün Onlayn media Müsabiqəsi davam edir

Məlum olduğu kimi Multimedia Mərkəzi tərəfindən Onlayn Media Müsabiqsi elan olunub.

Müsabiqədə ölkədə İnformasiya Cəmiyyətindən, elektron hökumət quruculuğundan yazan, elektron xidmətlərin hazırlanması və tətbiq edilməsi prosesini araşdırıb yazan, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən yazan jurnalistlər iştirak edə bilər.

Keçən ildə olduğu kimi müsabiqə çərçivəsində Tvitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq. Müsabiqənin iştirakçıları, ölkədə elektron hökumət quruculuğu ilə bağlı yazılan faydalı və ictimai əhəmiyyətli tvitlərin, təklif və rəylərin sahibləri- mikrobloqçular olacaq.

Müsabiqə çərçivəsində olan bu tip tvitlər 01 sentyabrdan 15 noyabr tarixədək müddətdə yalnız #ehokumət həştəqi vasitəsilə yazılmalıdır:

Həmçinin layihə çərçivəsində tələbələr arasında Twitter mikrobloqunda e-təhsil, təhsil sistemində informasiya texnologiyaların tətbiqi ilə bağlı yarışma da təşkil olunur.

Tələbələr təhsilin informasiyalaşdırılması, elektron təhsil, distant təhsil, elektron tədris resursları, sosial medianın təhsilin keyfiyyətinin qaldırılmasında rolu və s. bu kimi sahələr üzrə faydalı fikirlərini, təklif və rəylərini Twitter şəbəkəsində açıqlayırlar. Müsabiqə çərçivəsində olan bu cür tvitlər 01 sentyabrdan 15 noyabr müddətində #etehsil həştəqi ilə yazılmalıdır.

Tvitlər aşağıdakı prinsiplər əsasında qiymətləndiriləcək:

— faydalılıq

— ictimai əhəmiyyət kəsb etməsi

— retvit və favorite olunma göstəricisi

— mikrobloqçunun məhsuldarlığı

— digər sosial media vasitələrinə inteqarsiya

— və s.

Onlayn media Müsabiqəsinin Münsiflər heyəti ölkənin tanınmış İT və yeni media mütəxəssisləri, media kspertlərindən ibarət olmaqla Multimedia Mərkəzi tərəfindən formalaşdırılır.

Layihə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , Nar Mobile və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

Multimedia Mərkəzi www.telim.org 012 492 44 44 multimedia@cit.az