2006-cı ildən etibarən Multimedia Mərkəzi tərəfindən “İnformasiya Cəmiyyətinin Jurnalisti” Proqramı həyata keçirilir. Proqram çərçivəsində jurnalistlər üçün Təlimlər və media Müsabiqələri təşkil olunur.
Cari ilin sentyabr ayından Multimedia Mərkəzi tərəfindən adı çəkilən Proqram çərçivəsində “Onlayn Medianın inkişafına dəstək” Layihəsi fəaliyyətə başlayır və “Onlayn Media” müsabiqəsi təşkil olunur.
Layihənin məqsədi ölkədə onlayn media infrastrukturunun inkişafına dəstək vermək, onlayn media sahəsində kadrların peşakarlığının artırılmasına kömək etmək və yeni media vasitəsilə informasiya əldə edilməsini keyfiyyət və kəmiyyət baxımından yaxşılaşdırmaqdır.
Bu məqsədin gerçəkləşməsi istiqamətində ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan, elektron hökumət məsələlərindən, İnternet və mobil texnologiyaların gündəlik həyatımıza təsirindən sistemli formada yazan peşəkar jurnalistlər şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulur.
Onlayn media sahəsində çalışan kadrların peşəkarlağının artırılaması ilə bağlı Treninqlər təşkil olunacaq. Bir həftə davam edən Təlimləri İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər aparacaq.
Layihə çərçivəsində həmçinin Onlayn Media Müsabiqəsinin keçirilməsi və bu istiqamətdə ictimai müzakirələrin təşkili nəzərdə tutulur.
Onlayn Media Müsabiqəsinə ölkədə elektron hökumət quruculuğu, İnformasiya Cəmiyyəti quruculuğu ilə əlaqəli, İKT-min müxtəlif sahələrdə tətbiqinə aid onlayn media qurumlarında dərc olunan yazılar təqdim olunacaq.
Bu Müsabiqə çərçivəsində Twitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq. Müsabiqə iştirakçıları ölkədə elektron hökumət quruculuğu və elektron təhsillə bağlı yazılan faydalı və ictimai əhəmiyyətli tvitlərin sahibləri olacaq. Müsabiqə çərçivəsində olan bu tip tvitlər bəlli bir müddətdə yalnız #ehokumət və #etehsil həştəqləri ilə yazılacaq.
Onlayn media Müsabiqəsinin qaliblərinə və “Ən yaxşı xalq jurnalisti” yarışmasında fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim olunacaq.
Layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , Nar Mobile və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.
Geniş məlumat: www.telim.org
Multimedia Mərkəzi AZ1001, Bakı, M. Əfəndiyev k. 5 Tel. 012 492 44 44. www.telim.org multimedia@cit.az