Bu gün Jurnalistlərin peşəkarlığının artırılmasına kömək məqsədilə keçirilən “Onlayn Media 2015” Təlimlərini uğurla başa vuranlara Sertifikatlar təqdim edilib.
Bu məqsədlə keçirilən tədbirdə çıxış edən Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz müasir dönəmdə jurnalistlər üçün İKT sahəsində bilik və bacarıqların əldə edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, İnfromasiya Cəmiyyətinin jurnalisti olaraq formalaşmağın vacibliyindən danışıb. Bu cür təlimləri uğurla başa vuran jurnalistlərin artıq digrələrin bir addım irəlidə olduğunu diqqətə çatdıraraq onlara gələcək fəaliyyətində uğurlar arzılayıb
BDU-nun dosenti Könül Niftəliyeva çıxış edərək jurnalistlərin peşəkarlığının artırılmasında təlimlərin böyük rol oynadığnı bıdirib. O jurnalistlərin daim öz üzərlində işləməsinin vacib olduğunu qeyd edib. Multimedia Mərkəzi tərəfindən 2006-cı ildən başlayaraq həyata keçirilən İnformasiya Cəmiyyətinin jurnalistləri Proqramı çərçivəsində təşkil olunan Onlayn Media 2015 təlinmri hər il təşkil olunur.
Cari ildə təşkil olunan təlimlərə noybar ayında start verilmişdi. Cari ildə təlimlər iki istiqamətdə təşkil olunub – İKT-dən yazan jurnalistlərin peşəkarlığının artırılması və jurnalistika sahəsində təhsil alan tələbə jurnalistlər və bloqçuların bilik və bacarıqlarının artırılmasına kömək etmək.
BDU İnternet Studiyasında təşkil olunan bu təlimlərdə jurnalistika sahəsində təhsil alan tələbələrlə bərabər, bu sahəyə maraq göstərən digər ixtisas sahibləri olan tələbələr də iştirak ediblər.
Noyabr –dekabr aylarında təşkil olunan 6 təlimdə 20 nəfər tələbə jurnalist iştirak edib. Təlimlərdə jurnalistlərə nəzəri biliklər verilməklə bərabər praktiki vərdişlərin də formalaşamasına diqqət yetirilib.
Məqsəd ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna, elektron hökumətin formalaşmasına dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində effektiv istifadənin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir. Layihə 2006-ci ildən başlayaraq Multimedia Mərkəzi tərəfindən RYTN və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.
Cari ildə Jurnalist-tələbələr üçün təşkil olunan Onlayn Media 2015 təlimləri BDU İnternet studiyasında Tələbədən-tələbəyə layihəsi ilə əməkdaşlıq şəraitində keçirilib.
Geniş məlumat www.cit.az wwwtelim.org
Multimedia Mərkəzi www.cit.az
www.telim.org 

